Tariximiz

Kreditləşmə sahəsində başlanğıc tariximiz 2014-cü ildə DƏNİZ KREDİT MƏRKƏZİ MMC-nin təsis olunması ilə başlanmışdır. Fəaliyyətimizə məhsulların kreditlə satışı, kredit analizinin aparılması, kreditin verilməsi prosesinin asanlaşdırılması, verilən kreditlərin yığımının təşkil olunması və problemli kreditlərin həlli daxildir və bu istiqamətdə təsirli metodlar işlənib hazırlanmışdır.
Daha sonra 2017-ci ildə ARGE Group MMC təsis olunmuş və illərlə qazanılmış təcrübə, bilik və bacarıqlar daha da inkişaf etdirilmişdir. 2020-ci ildə isə artıq şirkətimiz adını dəyişərək DASTAK Group 2017 MMC olmuşdur.
Hazırda şirkətimiz bir çox istehsalçı və idxalçı şirkətlərlə birgə fəaliyyət müqaviləsi bağlayaraq 40-dan çox məhsulun vətəndaşlara nəğd və kreditlə satışını təşkil edir. Müştərilərimiz şirkətimizdə kreditin bütün imkanlarından yararlanaraq məhsul və xidmətləri asanlıqla əldə edə bilirlər. Belə ki, şirkətimiz bir çox BANK, BOKT və kredit təşkilatları ilə əməkdaşlıq edərək, kredit platforması yaradır və istənilən vətəndaş sadəcə bizim şirkətə müraciət etməklə bütün kredit təşkilatlarına müraciət etmiş olur. Bundan əlavə vətəndaşlar bizim şirkətimizdən daxili kreditlə də istədikləri məhsulu əldə edə bilirlər.
Vətəndaşlarımız istənilən bütün taksit kartlar vasitəsilə də şirkətimizdən istədiyi məhsulu faizsiz, hissə-hissə ödəməklə əldə edə bilir, həmçinin bu alışlardan cashback əldə edirlər.
Şirkətimiz bir çox məhsul satan və xidmət göstərən şirkətlərdə DAXİLİ KREDİT ŞÖBƏSİNİ qurmuş və hal-hazırda da həmin şöbəni də idarə edir. Bizim vasitəmizlə öz nəzdində daxili kredit şöbəsini quran həmin şirkətlər öz məhsul və xidmətlərini daha böyük mənfəətlə və həcmdə satışlar etmək imkanı tapmışdır.
Şirkətimiz öz daxili imkanları hesabına müxtəlif tərəfdaş mağazaların məhsullarının kreditləşməsini də həyata keçirə bilir. Siz kreditlə məhsul əldə etmək istəyən müştərilərinizə bizim şirkət vasitəsilə xidmət göstərmiş olursunuz.

Missiyamız – Bizneslərin satışını artırmaq, onların məhsul və xidmətlərini müştəriləri üçün daha əlçatan etmək məqsədilə bizneslərə dəstək olmaqdır. Müştərilərinə öz məhsul və xidmətlərini kreditlə satmaq istəyən şirkətlərə və ya fərdi sahibkarlara daxili kredit sistemini qurmaq, kiçik və orta bizneslərin satışlarını artırmaq üçün məhsullarını kreditləşdirmək, kreditləşmə ilə məşğul olmaq istəyən fərdi sahibkarlara kredit biznesini qurmaq işində yardımçı olmaqdır. Bundan əlavə vətəndaşların istədikləri məhsulu kreditlə çox rahat və qısa zaman kəsiyində əldə etməsinə yardımçı olmaqdır.

Peşəkar Komandamız

``Şirkətimizin əsas məqsədi bizneslərin və vətəndaşların kreditləşmə və maliyyələşmə ilə bağlı ağıllarına gələn sərfəli və rahat şərtləri ilə bərabər güvənilir, yenilikçi və keyfiyyətli şirkət olmaqdır.``
Tural Dünyamalıyev Təsisci və Direktor
''Ekko is a fully packed practical tool of premium built and design. Thus is great for rising undefined businesses looking for a specific customers.''
Sara Grant Chief Executive